ilk beğenen sen ol

NJ — Nə Fayda (Rəsmi Video)

Ekleyen / 26 May 2023 tarihinde yayınlandı

NJ — Nə Fayda (Rəsmi Video)

#NəFayda mahnısını rəqəmsal platformalardan əldə etmək üçün —

Söz/Musiqi — Vüqar Babayev
Aranjiman — R-One
Miksinq və Masterinq — RƏSSAM
Səsyazma — Mood Records

Rejissor — Pərviz Əliyev
Montaj — Murad Şükürlü
Quruluşçu rəssam — İzel Cəfərli
Aktyor — Yusif İsmayıl
Prodüser — Fərid Əhməd

Xüsusi təşəkkürlər: Barat Qubatov, Highlights Baku Loft

CırtdanPro:
Instagram —
Spotify —

Sözləri:

[Bənd 1]
Gecə yarıları üzü Aya doğru
Fikirlər uzanıb yenə məni boğur
Göylərdən yerlərə enən bir ip ola
Tutub çəkim Ayı, bəlkə, gün tez doğar?

Necə yarıladım ömür deyilən yolu?
Hər yer ala-toran, soluma günah dolur
Yağışlardan qorxub qaçıb gizlənən mən
Gözyaşında batan mən deyilmiyəm?!

[Keçid]
Dərinlərdə bir yerdə
Boğuluram səssizcə
Qışqırsam da yox fayda
Eşidilməz o tayda
Yüksəlib divarlar
Kar olub insanlar
Anladım mən o anda
Heç kim deyil o hayda

Dərinlərdə bir yerdə
Boğuluram səssizcə
Qışqırsam da yox fayda
Eşidilməz o tayda
Yüksəlib divarlar
Yer yox mənə burada
Qaçım, gedim bu taydan
Çıxım, gedim otağa

[Nəqərat]
Yenə eyni otaq
Yenə həmən qonaq
Yanında gözyaşı
Bu gecə də oyaq
Dərdini dinləyib
Başına hərlənib
Söylə, “Gün doğar, səhər deyil uzaq“

Yenə eyni otaq
Yenə həmən qonaq
Yanında gözyaşı
Bu gecə də oyaq
Dərdini dinləyib
Başına hərlənib
Söylə, “Gün doğar, səhər deyil uzaq“

[Bənd 2]
Necə yarıladım ömür deyilən yolu?
Hər yer ala-toran, soluma günah dolur
Yağışlardan qorxub qaçıb gizlənən mən
Gözyaşında batan mən deyilmiyəm?!

[Keçid]
Dərinlərdə bir yerdə
Boğuluram səssizcə
Qışqırsam da yox fayda
Eşidilməz o tayda
Yüksəlib divarlar
Kar olub insanlar
Anladım mən o anda
Heç kim deyil o hayda

Dərinlərdə bir yerdə
Boğuluram səssizcə
Qışqırsam da yox fayda
Eşidilməz o tayda
Yüksəlib divarlar
Yer yox mənə burada
Qaçım, gedim bu taydan
Çıxım, gedim otağa

[Nəqərat]
Yenə eyni otaq
Yenə həmən qonaq
Yanında gözyaşı
Bu gecə də oyaq
Dərdini dinləyib
Başına hərlənib
Söylə, “Gün doğar, səhər deyil uzaq“

Yenə eyni otaq
Yenə həmən qonaq
Yanında gözyaşı
Bu gecə də oyaq
Dərdini dinləyib
Başına hərlənib
Söylə, “Gün doğar, səhər deyil uzaq“

NJ’nin ifasında “Nə Fayda” musiqi videosu. “Cırtdan Pro” 2022 © Bütün hüquqlar qorunur.

Tags:
#CırtdanPro #NJ #NəFayda

DAHA FAZLA
Site Yorumları
  • Misafir
    şimdi

    Bu yorum spoiler (ipucu, detay, vs) içermektedir.